İmtahan stresindən yeniyetmənin saçı tam töküldü

15 yaşlı yeniyetmə imtahanlara hazırlıq dövründə stresdən tamamilə dazlaşıb.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, Britaniya şəhəri Birminqemdə baş verən hadisə tibb tarixinə düşüb.

Belə ki, Sem Teylorun nəinki başında, hətta bədənindəki tüklər də tökülüb.
Onun dostu, məktəbi bitirmiş digər oğlan da məktəb imtahanlarından sonra kəlləşmə – alopesiya xəstəliyinə tutulduğunu bildirib.
Həkim diaqnozu təsdiq edib.

Aparılan müalicələr nəticə verməyib, Teylor xəstəliyi ilə barışıb.

O xatırlayır ki, son 1 ildə məktəbdə özünü yaxşı hiss etmirdi. Müəllimlər ondan xərçəng olmamısan ki, deyə soruşurdular.
Valideynlər bunun keçici olduğunu düşünsələr də, övladlarında ciddi autoimmun proses getdiyini anlamadılar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.