Kovid pandemiyasında immuniteti gücləndirmək və virusdan qorunmaq üçün çox insanlar immunstimullaşdırıcı ( bu dərmanlar immune sözü ilə başlayır) preparatlara üz tutur.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, həkim immunoloq Nikolay Kryuçkov bunu yanlış hesab edir.
O qeyd edib ki, insanlar reklama inanır, bu dərmanlardan möcüzə gözləyir.
Halbuki elmi tibbi olaraq immunstimullaşdırıcı dərmanların hər hansı infeksiyadan qoruması barədə əsaslı məlumat yoxdur.
Ola bilər ki, onlar orqanizmə nə bir fayda, nə bir zərər verməsin, amma heç bir həkim bundan əmin deyil.
Ona görə belə dərmanları baha qiymətə alıb ümidlə içməyə dəyməz.
Ciddi immun çatışmazlığı xəstəliyi olan insanlar üçün güclü immun preparatlar var, lakin qrip və virusdan qoruyacaq elə bir dərman yoxdur.
Digər immun preparatlarını isə sağlam adamın içməsi təhlükəlidir. Ümumiyyətlə immunitet müdaxiləni sevmir.
Orqanik.az