İmmuniteti gücləndirən dadlı qarışıq

Soyuq fəsillərdə immunitetin möhkəmləndirilməsi çox vacibdir.

Bu insan orqanizminin infeksiya və viruslara qarşı davamlılığını artırır, insan daha az xəstələnir.

Bəzi məhsullar var ki, bu məhsulların daimi qəbulu immun sisteminə çox müsbət təsir edir. Bu məhsulların arasında birinci yerləri bal və limon tutur. Bal və limondan çox dadlı təbii immunopreparat hazırlamaq olar.

3 ədəd limon yaxşı yuyulur, qabıqlarla birlikdə blenderdə xırdalanır və ya ətçəkən maşınından keçirilir. Daha sonra eyni miqdarda balla yaxşı qarışdırılır və hər gün 1 xörək qaşığı olmaqla səhər və axşam qəbul edilir. Hazır qarışığı soyuduca saxlamaq lazımdır.

Bu təbii dadlı dərmanı hər gün qəbul etmək olar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.