İllərdir səhv bilirmişik – Acqarına xəmir yeyəndə…

Amerikalı dietoloq Kristofer Qarner acqarına yeyilməsi mümkün olmayan məhsulları açıqlayıb.

Orqanik.az lent.az-a istinadən bildirir ki, bunlara şirniyyat, xəmir, sitrus və digər məşhur səhər yeməyi məhsulları daxildir.

Onun sözlərinə görə, şirin meyvələr, şirniyyatlar, sitrus meyvələrindən, xəmir, xurma, sarımsaq yeməkdən çəkinməlisiniz:

“Bu qidalar mədənizi narahat edir və xəstəliklərin inkişafına səbəb olur. Xəmir yeməkləri yedikdən sonra şişkinlik əmələ gələcək. Şirniyyat və şirin meyvələri acqarına yeməyin. Bu məhsulların qəbulu nəticəsində siz yorğunluq hiss edəcəksiniz”.

Amerikalı mütəxəssis deyir ki, bu meyvələr mədədəki selikli qişanızı zədələyə və qastritə səbəb ola bilər:

“Xurma və armudu acqarına yemək məsləhət görülmür. Həmçinin acqarına sarımsaq və acı bibəri istehlak etmək olmaz. Çünki bu qidalar mədə və öd kisəsinin divarlarına zərər verir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.