II tip diabetin başladığını göstərən 4 erkən əlamət

Şəkərli diabet Azərbaycanda geniş yayılmış həm genetik keçən, həm xroniki ağır xəstəliklərdən biridir.

Diabetin erkən diaqnostikası xəstənin həyatını qoruya bilər.

Orqanik.az xəbər verir ki, diabet qanda şəkərin az-az aradabir qalxması ilə başlayır, bunu da xəstə hiss etmir.

Qanda yüksək miqdar qlükoza sinirlərə, ürəyə, göz dibinə, böyrəklərə mənfi təsir edir.

İlkin mərhələdə xəstə səbəbsiz arıqlaya, çəki itirə bilər. Bu ona görə baş verir ki, enerji orqanizmdə normal paylanmır. Nəticədə əzələ ehtiyatı yeyilir.

Eləcə də gözlərdə zəiflik, bulanıqlıq yaranır.

Şəkərli diabetin başlanğıcında xəstələr ciddi yorğunluq, həvəssizlik hiss edir. Xüsusən gənc və ya orta yaşlı kişidə diabet yaranıbsa, onda cinsi istəksizlik başlayır.

Eləcə də gecələr sidiyə çıxma, tez-tez sidik ifrazı, susuzluq hissi, tez-tez su içmək də sizi və ailə üzvlərinizi dərhal narahat etməlidir.

Əgər bu əlamətlər varsa, ilk işiniz qandan şəkər testləri verməkdir. Lazım gələrsə bunu bir neçə dəfə təkrarlayın. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.