İflic və korluğa səbəb olan qəfil bəla – HƏKİM YAZIR

NMO və ya Devik xəstəliyi olaraq da adlandırılan neyromielit optika, mərkəzi sinir sisteminə təsir edən nadir, lakin ağır demielinləşdirici otoimmun iltihabi prosesdir. Xüsusilə sinirlərin etrafındakı mielin qişasına təsir edir. NMO əsasən onurğa beyninə və optik sinirlərə – gözlərdən beyinə siqnalları daşıyan sinirlərə təsir göstərir. Nəticədə xəstəlik iflic və korluğa səbəb olur. 

Neyromielit optika ən çox uşaqlıq dövründə baş verir. 40 yaşdan yuxarı böyüklərdə də baş verə bilir. Xüsusən gənc qadınlar arasında yayılmışdır, lakin kişilərdə də rast gəlinir. 

Mütəxəsislər əvvəllər NMO-u Dağınıq skleroz xəstəliyinin bir növü olduğunu düşünürdülər. Oxşar sinptomları var, lakin NMO-da əlamətlər daha ağırdır. Dağınıq sklerozda görmə problemləri adətən bir gözə təsir edir, NMO-da isə eyni anda hər iki gözü zədələyə bilir. 

İki növü var:

– Arada sağalma periodları ilə dövri alovlanmaları olan təkrarlanan forma: Bu daha çox yayılmış növüdür və  kişilərə nisbətən qadınlarda bu forma daha yayılmışdır.

– Monofazik forma: bir və ya iki ay davam edən tək bir atakı əhatə edir. Bu növ kişilər və qadınlar arasında bərabər yayılmışdır.

Neyromielit optikanınn səbəbi nədir?

İmmun sistemimizin zədələnməsi səbəbilə öz immun hüceyrələrimiz sinir hüceyrələrimizin çıxıntılarını əhatə edən mielin qışasına hücum edərək zədələyir. Xüsusilə də onurğa beyni və görmə sinirlərinin mielin qişasını zədələyir. Adətən NMO olan insanlarda aylarla və ya illərlər ərzində alovlanmalar şəklində olur. Bu  alovlanmalar arasındakı dövrlərdə nisbətən sağalma dövrləri baş verir.

Neyromielit optikanın əlamətləri hansılardır?

Simptomlar aşağıdakılardır:

– Gözlərdə ağrı

– Görmə qabiliyyətinin azalması

– Qollarda və ayaqlarda zəiflik və ya uyuşma

– Qolların və ya ayaqların iflici

– Sidik kisəsini və ya bağırsağı idarə etmədə çətinlik

– Nəzarət oluna bilməyən qusma və ya hıçqırıq

Neyromielit optika diaqnozu necə qoyulur?

Aşağıdakı müayinə metodlarından istifadə edilir:

– Beynimizin və onurğa beyninin MRT müayinəsi

– Görmə sinirlərinin işini qiymətləndirmək üçün testlər

– Qan və beldən alınan onurğa beyni mayesinin müayinəsi

Neyromielit optikanın müalicəsi necədir?

Xəstəlik tamamən müalicə olunmur. Ancaq xəstəliyin təsirlərini azaltmaq və simptomlarını aradan qaldırmaq üçün dərmanlar və ya digər müalicələr təyin edilə bilər. Bunlara aşağıdakılar daxildir:

– İmmun sisteminin sinirlərə təsirini dayandırmaq üçün kortikisteroid (hormonal terapiya) dermanları

– İmmunosupressiv (immun sistemini zəflədən) dərmanlar

– Vəziyyətdə rol oynayan zülalları qandan çıxarmaq üçün plazmoforezdən istifadə edilir

– Ağrı, bağırsaq və sidik nəzarıtinin itirilməsi kimi simptomları aradan qaldırmaq üçün müalicələr

Neyromielitis optikanın fəsadları hansılardır?

NMO-nın bir neçə mühüm fəsadı var:

– Görmənin pozulması və ya korluq

– Bir və ya bir neçə əzanın iflic və ya zəfliyi

– Sərtlik və ya əzələ spazmları

– Bağırsaq və ya məsanə nəzarətinin itirilməsi

– Depresiya

– Yorğunluq

Sonda Neyromielit optika baredə mühüm məqamlara nəzər salaq:

– Neyromielit optika mərkəzi sinir sistemini zədələyən nadir, lakin cox ciddi bir xəstəlikdir.

-üalicə yoxdur, lakin dərmanlar və müalicələr gələcəkdə xəstəliyin alovlanmasının qarşısını ala və həyat fəaliyyətinizi yaxşılaşdıra bilər.

Nevroloq Sevinc Mir Seyid
Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.