Ağrıkəsicilərdən tez-tez istifadə ZƏRƏRLİDİR?

İstər uşaqlar, istərsə də böyüklər müxtəlif ağrıkəsici preparatlar qəbul edirlər. Xüsusən də baş ağrısından əziyyət çəkən insanlar ağrıkəsicilərdən daha çox istifadə edirlər.

Bəs ağrıkəsicilər nə vaxt zərərli olur?

Orqanik.az gundem.az-a istinadla bununla bağlı həkim Elşən Tağıyevin fikirlərini təqdim edir. Mütəxəssis bildirir ki, müntəzəm olaraq həftədə iki dəfədən çox ağrıkəsici qəbul etmək sağlıq üçün zərərlidir:

“Bu dərman başağrılarının yaranmasına səbəb olur. Baş ağrısı üçün dərmanların həddindən artıq istifadəsinin nəticəsində, qəbul etdiyiniz dərmanlar getdikcə daha az təsir edir və demək olar ki, gündəlik baş ağrıları şikayəti yaranır. Buna görə də baş ağrılarından əziyyət çəkən insanlara ağrıkəsici qəbulu yox əsas xəstəliyin profilaktik müalicəsi tövsiyyə olunur”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.