İdman etməyin psixi sağlamlığa HANSI FAYDALARI VAR?

Məşqin psixi sağlamlığa təsirini öyrənən Cənubi Avstraliya Universitetinin tədqiqatçıları hesab edirlər ki, idman depressiyanı müalicə edir. 

Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, bu araşdırma 97 rəyi, 1039 araşdırmanı və ümumilikdə 128 119 iştirakçını əhatə edən bu günə qədər ən əhatəli elmi icmal olub.

Araşdırmanın xalis nəticəsi göstərir ki, 12 həftə və ya daha az müddət ərzində məşq etmək ruhi xəstəliyin əlamətlərini azaltmaq üçün ən təsirli yoldur. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər 8 nəfərdən biri, yəni yer üzündə təxminən 970 milyon insan psixi xəstəlikdən əziyyət çəkir.

Tədqiqatın nəticələrinə görə, fiziki fəaliyyət bütün klinik vəziyyətlərdə depressiya və narahatlıq əlamətlərini əhəmiyyətli dərəcədə azaltmaqda təsirli olub. 

Araşdırmanı aparan ekspertlərdən biri Dr. Sinq deyir: 

“Biz fiziki hərəkətin zehni sağlamlığın yaxşılaşdırılmasına kömək etdiyini bilirdik, lakin bütün dəlillərə baxmayaraq, ilk seçim olaraq idman tövsiyəsi hələ də qəbul edilmir”.

Fiziki fəaliyyətin psixi sağlamlıq üçün faydalı olması üçün xüsusi bir növ olması lazım deyil. Tədqiqatın nəticələrinə görə, gəzinti, müqavimət məşqləri, pilates və yoqa kimi aerobik məşqlərin hamısı psixi sağlamlıq üçün faydalıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.