Rusiyalı diyetoloq İrina Pisareva ideal gecə yuxusu üçün mükəmməl şam yeməyi hazırlamaq qaydalarını açıqlayıb.
Orqanik.az oxu.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, düzgün şam yeməyi çox kalorili olmamalıdır.
Bundan əlavə, axşam yeməyini çox gec yemək olmaz. Əks halda yeməyin həzmi üçün vaxt qalmayacaq.
Ancaq axşam yeməyindən tamamilə imtina etmək də düzgün deyil. Belə ki, bu, yuxunu pisləşdirə bilər.
“Şam yeməyini saat 18:00-da yemək daha yaxşıdır. Axşam yeməyi yüngül olmalıdır. Çünki günün ikinci hissəsində biz az enerji sərf edirik və orqanizmin istirahətə ehtiyacı var. Yeməyi həzm etmək isə çox böyük enerji aparır və bədəni gücə salır. Düzgün axşam yeməyilə yuxu daha yaxşı olacaq, səhər isə daha yaxşı əhval-ruhiyyə ilə oyanacaqsınız”, – deyə diyetoloq bildirib.
O, bişmiş ağ balıq, tərəvəz, hind toyuğu ilə şam etməyi məsləhət görüb. Göbələk, qoyun və mal əti isə, onun fikrincə, axşam yemək üçün uyğun deyil.
Orqanik.az