Şabalıd çox faydalı, diyetik, müalicəvi məhsul sayılır.
Şabalıd müxtəlif vitaminlər (A, D, E, B qrupu), minerallar (fosfor, dəmir, kalsium, kalium), qidalı liflər, flavonoidlər, pektinlər, aminturşuları və s. əvəzolunmaz maddələrlə zəngindir.
Qidalanma üzrə mütəxəssislər müalicəvi və profilaktik məqsədlərlə hər gün 5 bişmiş şabalıd yeməyi tövsiyə edirlər. Bu orqanizmə çox yaxşı müalicəvi və profilaktik təsir edir.
Hər gün 5 şabalıd yeməyin faydaları:
– damarların divarlarını möhkəmləndirir, varikoz xəstəliyinin profilaktikasıdır.
– bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir.
– ürək üçün çox faydalıdır – ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır.
– sinir sistemi üçün faydalıdır, stress və depressiyadan qoruyur.
– qanda xolesterolun səviyyəsini aşağı salır.
– qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini aşağı salır.
– mübadilə prosesləri yaxşılaşdırır.
Orqanik.az