Hündürdaban ayaqqabıların qadın orqanizminə MƏNFİ TƏSİRİ

Hündürdaban ayaqqabıların qadın dünyasında özünəməxsus yeri var. Həmin ayaqqabıları geyinən xanımlarda özünə inam hissi daha yüksək olur.

Gözəl və cazibədar görünmək hər bir xanımın arzusu olsa da, dikdaban ayaqqabıları geyinmək onların həm qamətinə, həm də ümumi sağlamlığına mənfi təsir göstərə bilir.

AZƏRTAC xəbər verir ki, həkim-travmatoloq Əli Əlizadə deyib: “Dayaq-hərəkət sistemi bütün qaməti üzərində gəzdirən bir oynaqda artrozun baş verməsi gələcəkdə daha ağır deformasiyalara, axsamaya, insanın həyat tərzinə mənfi təsir göstərən amillərdən birinə aparıb çıxara bilər. Dikdaban ayaqqabılar bədənin ağırlıq mərkəzini qabağa çəkir. Nəticədə bel, kürək və digər nahiyələrin əzələləri yüklənir və gərginləşir. Yeriyən zaman atılan addımların uzunluğu və tezliyi dəyişir, bu da bədən balansının pozulmasından xəbər verir, dizlərə əlavə gərginlik düşür, oynağın iç strukturu daha tez zədələnməyə meyilli olur. Normal halda ayaq üstə düz durub dayananda hər iki ətrafa ağırlıq eyni düşməlidir. Bu cür insanlar ağırlıq mərkəzini dəyişib daha çox ağırlığı bir tərəfə salır və bu da qamət pozulmasının əmələ gəlməsinə səbəb olur”.

Müxtəlif hərəkətlər, pilləkənləri qalxıb-enmək, avtomobil idarə etmək, uzun müddət dizi bükülü vəziyyətdə oturmaq diz qapağına və ayaqlara ciddi təsir edir, ağrılar yaranır. Belə hallarla qarşılaşarkən, ilk növbədə, həkimə müraciət etmək və bunun əsasında müalicəyə başlamaq lazımdır. “Orqanizm həmişə bir xəstəliyin öhdəsindən gəlmək iqtidarındadır, sadəcə, ona şərait yaratmaq lazımdır. Digər xəstəliklər olmadıqda bir oynağın deformasiyasının və yaxud qamət pozuntusunun qarşısını almaq daha asan olur. Müalicəni aparan həkim də az əziyyət çəkir və müalicənin müddəti də daha qısa olur”,- deyə həkim-travmatoloq bildirib.

Bel və kürək ağrılarından və digər problemlərdən əziyyət çəkənlərin ayaqqabı seçimi zamanı diqqətli olmağı vacibdir. Mütəxəssislər seçim zamanı kiçik dabanlı ayaqqabılar geyməyi məsləhət görür. Belə ayaqqabılar belin təbii formasını saxlamağa kömək edir və bel əzələsinin gərginliyini azaldır. Ayaqların və dabanların sağlamlığı üçün səhər və axşam kiçik idman hərəkətləri etmək tövsiyə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.