Həkim-fitoterapevtdən bağırsaqları təmizləyən – Faydalı salat resepti

Həkim-fitoterapevt Fizuli Hüseynov Ramazan ayında faydalı salat resepti ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, salat mineral və vitamini ilə bərabər, bağırsaqlar tərəfindən sorula bilən və sorula bilməyən sellüloza ilə zəngindir:

Salatın tərkibi:

Kök;

Çuğundur;

Bokoli;

Gül kələmi;

Zeytun yağı;

Narşərab;

Limon şirəsi.

Fitoterapevt bildirib ki, salatın tərkibindəki tərəvəzlər hamısı çiy olmalıdır kök və çuğunduru 100 qram götürsəniz, gül kələm və brokolinin hərəsindən 50 qram götürün, qalan hissələr zövqə görə qarışdırılır.

“Sorula bilən sellüloza bağırsaq mikroflorasının qidası, sorula bilməyənlər isə bağırsaqların hərəki funksiyasını artırmaqla, bağırsaq tənbəliyinin qarşısını alaraq qəbizliyin aradan qalxmasına səbəb olur. Hər yeməkdən əvvəl 1 kasa yemək olduqca faydalıdır. Salatın gözlərə, beyinə, qaraciyərə, yüksək xolesterinə çox faydası vardır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.