Hörümçək damarlar 10 xəstəliyin ilkin əlaməti ola bilər

Hematoloq, birinci kateqoriyalı terapevt Oleq Kuznetsov hörümçək damarların (telangiektaziyalar) meydana çıxdığı xəstəlikləri açıqlayıb. “Doktor Peter” nəşrinə müsahibəsində o, bu damarların ən azı 10 xəstəliklə bağlı orqanizmdə gedən proseslərin ilkin siqnallarından ola biləcəyini vurğulayıb.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, əgər damarların rəngi al-qırmızı və ya bənövşəyidirsə, bunlar arteriya və ya kapilyarlardan qaynaqlanan hörümçək damarlardır, albalı-mavisi rəngindədirsə, o zaman venulalardır.

Kuznetsov xəbərdarlıq edib ki, hörümçək damarlar inkişaf etməkdə olan varikoz damar xəstəliyinin və həmçinin ən azı doqquz başqa xəstəliyin göstəricisi ola bilər ki, bunların sırasına  yoluxucu xəstəliklər (HİV və AİDS, sifilis), onkoloji patologiyalar, kuperoz xəstəliyi, qaraciyərin ağır zədələnmələri (sirroz, fibroz), birləşdirici toxuma xəstəlikləri, otoimmun xarakterli patologiyalar, rozasea xəstəliyi, şəkərli diabet və ya şüa xəstəliyi ilə nəticələnən radioaktiv şüalanma daxildir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.