Gün boyu özünüzü yorğun hiss edirsinizsə, bunları yeyin

Gündəlik həyata mənfi təsir edən yorğunluq hissi bir çox səbəbdən yarana bilər. Qida çatışmazlığı, yuxusuzluq, depressiya, qan azlığı bunlardan yalnız bir neçəsidir.

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, yorğunluq əsasən C vitamini azlığından və buna bağlı olaraq bədəndə dəmirin yaxşı mənimsənilməsidir. Bu səbəbdən hər səhər portağal, qreypfrut və ya suya sıxılmış limon C vitamininə olan tələbatınızı ödəməyə imkan verəcək.

D vitamini də bu mövzuda vacibdir. Onun azlığı yorğunluğa və depressiyaya səbəb olur. Günəş şüası və yağlı balıqlar, digər dəniz məhsulları istehlak etmək sizə bu problemi həll etməkdə yardımçı olacaq.

Maqnezium çatışmazlığından qaynaqlanan yorğunluq hissi üçünsə, kakaolu tünd şokolad əvəzsizdir. Qurudulmuş meyvələr də yeyə bilərsiniz.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.