Hipertoniyanın təhlükəsi

Statistika göstərir ki, hipertoniya xəstəliyinə Yer kürəsində yaşayan hər üçüncü insanda rast gəlinir.

İnsanlar arasında hipertoniya haqqında bir çox həqiqətə uyğun olmayan “biliklər” yayılmaqdadır. Bu “biliklər”in yayılması çox təhlükəlidir və insanlara böyük ziyan vura bilər.

– “Hipertoniya yalnız yaşlı insanlarda inkişaf edə bilər”. Bu səhv fikirdir. İldən ilə bu xəstəlik “cavanlaşır” və hal hazırda 30 yaşında olan hipertoniya xəstələrinə rast gəlmək olur. Bu səbəbdən həkimlər insanlara 30 yaşından başlayaraq arterial təzyiqini müntəzəm ölçmək tövsiyə edirlər. Əgər bu halda arterial təzyiq daim 130/85-dən yuxarı qalxırsa, mütləq kardioloqun müayinəsindən keçin.

– “Yüksək təzyiq hər zaman özünü baş ağrısı ilə büruzə verir”. Bu da çox təhlükəli səhv fikirdir. Təzyiqin yüksəlməsi özünü uzun illər ərzində büruzə verməyə bilər. Lakin bu zaman orqanizmdə ağır geriyədönməz dəyişikliklər baş verir ki, bunun nəticəsində insanda infarkt, insult kimi ağır pozulmalar inkişaf edə bilər. Bu səbəbdən insan öz sağlamlığına qarşı diqqətli olmalı və yorğunluq, başgicəllənməsi, yaddaşın və görmənin zəiflənməsi, təngnəfəslik, ayaqların və qolların keyiməsi kimi simptomlar əmələ gəldikdə, mütləq kardioloqa müraciət etməlidir.

– “Hipertoniyanı xalq təbabəti üsulları ilə müalicə etmək mümkündür”. Bu da səhv fikirdir. Hipertoniyanı yalnız müasir dərman preparatların köməyi ilə müalicə etmək mümkündür.

– Hipertoniya xəstələrin əksəriyyəti yalnız dərmanların qəbulu ilə kifayətlənir. Lakin bu kifayət deyil. Yalnız dərmanların köməyi ilə təzyiqi normada saxlamaq mümkün deyil. Sağlam qidalanma, ziyanlı vərdişlərin olmaması, fiziki aktivlik hipertoniyanın müalicəsində çox önəmli rol oynayır.

– Bir çox hipertoniya xəstələri onlara təyin olunmuş dərmanları daim yox, yalnız  təzyiq qalxdıqda qəbul edirlər. Bu çox təhlükəlidir. Xəstəyə təyin olunmuş təzyiqi normallaşdıran preparatları hipertoniya xəstəsi daim qəbul etməlidir (yalnız təzyiq qalxdıqda yox!).

– Hipertoniyanın müalicəsində istifadə olunan preparatları xəstəyə yalnız həkim təyin edə bilər. Lakin bir çox hallarda xəstələr həkimlə deyil, biri biri ilə məsləhətləşir – “sən hansı dərman içirsən? Sənə kömək edirsə, deməli mənə də kömək edəcək”. Bu çox təhlükəlidir. Hər hansı dərman bir hipertoniya xəstəsinə kömək edə bilər, digərinə isə yox. Nəticədə xəstəlik nəzarətdən çıxa bilər və xəstədə hipertonik kriz, infark, insult inkişaf edə bilər.

– Hipertoniya xəstələrin əksəriyyəti fikirləşir ki, idman onlar üçün ziyandır. Bu da növbəti səhvdir. Əksinə bəzi idman növləri ilə məşğul olunması (üzgüçülük, yoqa, pilates) təzyiqin normallaşmasına, ürək əzələsinin möhkəmləndirilməsinə kömək edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.