Hindistan koronavirus əleyhinə vaksin istehsalını dayandırır

Dünyanın ən böyük vaksin istehsalçısı olan Hindistanın “Serum Institute of India” şirkəti covid-19 əleyhinə vaksin istehsalını dayandıracağını açıqlayıb.

Orqanik.az APA-ya istinadən xəbər verir ki, şirkət 1 milyard dozadan artıq Covishield vaksini istehsal edib. Onun məhsulları əsasən kasıb ölkələr üçün nəzərdə tutlub.

Şirkət bildirir ki, hazırda dünyada covid-19 əleyhinə vaksin və preparatların bolluğu yaranıb, yeni məhsul sifarişi minimuma enib. Rəhbərlik anbarda qalan 200 milyon doza vaksinin kasıb ölkələrə verilməsini təklif edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.