Dünyanın ən böyük vaksin istehsalçısı olan Hindistanın “Serum Institute of India” şirkəti covid-19 əleyhinə vaksin istehsalını dayandıracağını açıqlayıb.
Orqanik.az APA-ya istinadən xəbər verir ki, şirkət 1 milyard dozadan artıq Covishield vaksini istehsal edib. Onun məhsulları əsasən kasıb ölkələr üçün nəzərdə tutlub.
Şirkət bildirir ki, hazırda dünyada covid-19 əleyhinə vaksin və preparatların bolluğu yaranıb, yeni məhsul sifarişi minimuma enib. Rəhbərlik anbarda qalan 200 milyon doza vaksinin kasıb ölkələrə verilməsini təklif edir.
Orqanik.az