Alimlər bunu bitki məhsullarında antioksidantlar və liflərin daha çox olması, heyvan məhsullarında isə zərərli piy və xolesterinin olması ilə əlaqələndirirlər.
Bitki zülallarının istifadəsi insanların ömrünü uzada bilər. Bunun üçün qida rasionuna heyvan zülalları ilə zəngin yeməklər əlavə etmək əvəzinə, bitki mənşəli zülallar istifadə etmək lazımdır. Bu barədə “JAMA Internal Medicine”də dərc edilmiş tədqiqat işində bildirilir.
Orqanik.az aztibb.az-a istinadən bildirir ki, alimlər insan ömrünün uzunluğunda zülalların qəbulunun rolunu öyrənmək üçün yaşı 50-71 arasında olan təxminən 400 insanın məlumatlarını analiz ediblər.
Tədqiqatın iştirakçıları özlərinin 16 il ərzindəki rasionları haqqında təfərrüatı ilə hesabat veriblər. Alimlər iştirakçıların istifadə etdikləri zülalların müxtəlif növlərinin miqdarını nəzərə alaraq onların ömrünün uzunluğunu hesablayıb.
Araşdırma müəlliflərinin hesablamalarına əsasən, rasionda heyvan zülalının 3%-nin bitki ilə əvəzlənməsi ölüm riskini 10% aşağı salır. Hər 1000 kaloridə heyvan əvəzinə 10 qram bitki zülalı qəbul etmək ölüm riskinin qadınlarda 14%, kişilərdə isə 12% azalmasına gətirib çıxarır.
Orqanik.az