Haşimoto qalxanvari vəzin hormonal pozuntu xəstəliyidir, gənc qız və qadınlarda son zamanlar daha çox rast gəlinir.
Orqanik.az Orqanik.az-a istinadən xroniki autoimmun tireodit xəstələrinin əməl etməli olduğu qidalanma rasionunu təqdim edir.
Haşimoto xəstəliyi hipotireozun fəsadıdır. Bu xəstəlik ürək, ağciyər, skelet, həzm sistemi, sinir, əsəblərə təsir edir. Belə ki, qalxanvari vəzin hüceyrələri öz sağıam hüceyrələrinə hücum edir.
Bu xəstəlikdə dieta, düzgün qidalanma, vitaminlər və sağlam həyat tərzi vacibdir. Çünki xəstələrdə yüksək xolesterin, diabet, piylənmə ola bilər.
Alimlər bu xəstəlikdə qlütensiz qidalanmanı xilas yolu hesab edir. Qlütendən imtina Haşimoto xəstələrinə çox yaxşı təsir edir.
Belə ki, son elmi tədqiqatda 35 Haşimoto xəstəsi qadın iştirak edib. Onlar 6 ay qlütensiz dieta saxlayıb, nəticədə qalxanvari vəzin antitelləri azalıb, D vitamini artıb, qalxanvari vəzin funksiyası xeyli artıb.
Eləcə də autoimmun xəstəliklərdə laktozasız qidalanma seçilməlidir. Bu zaman süd və süd məhsulları, kartof, pomidor, badımcan, bibər, şəkər, şirniyyat menyudan çıxarılır.
Belə ki, Haşimotosu olan xəstələrin 75%-də laktoza dözümsüzlüyü aşkar olunub. Xəstələr laktozasız digər süd növlərinə keçməlidir. Laktoza inək südündə olur.
Hansı qidaları, meyvə-tərəvəzi yemək olar?
– giləmeyvələr, ananas, banan, alma, kök, brokkoli, kələm, göbələk, avokado, zeytun, təbii yoqurt, balıqlar, hind quşu əi, toyuq, yumurta, qoz,badam, fındıq, balqabaq, qəhvəyi düyü, kinoa, paxlalılar,
Bİtki südləri, kokos, sarıkök, rozmarin. zəfəran, istiot, bol su, kalsiumla zəngin qidalar.
Orqanik.az