Yoluxma rəqəmləri real deyil, qeydiyyata düşməyən xəstə çoxdur- Adil Qeybulla

“Dünya ölkələri Omikron ştamı ilə bağlı sərt tədbirlər görməsə də müəyyən məhdudiyyətlər qoyuldu. Hesab edirəm ki, ölkədə ciddi qapanmalar olmasa da, fevralın 15-dən epidemioloji vəziyyətə uyğun olaraq addımlar atıla bilər”.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb.
Ekspert əlavə edib ki, Omikron ştamına əhalinin böyük hissəsinə yoluxur: “Bu gün biz dalğanın içində yaşayırıq. Omikron ştamı çox yolxucudur. Yoluxmadan bir neçə saat sonra klinik əlamətləri özünü göstərir. Əvvəlki ştamlar isə bir neçə gün ərzində özünü göstərirdi.

Bu ştamın sürətlə yayılması artıq göz qabağındadır. Yoluxanların sayının rekord həddə çatmasını görürüksə, nə qədər qeydiyyata düşməyən xəstələr də var. Ona görə, real rəqəmlər əslində çoxdur.

İnsanlar karantin davranışlarına qapalı mühitdə ciddi əməl etməlidir. Epidemioloji vəziyyət pisləşərsə, müəyyən qapanmalar ola bilər. Kütləvi tədbirlərə, toylara və yaslara müəyyən məhdudiyyətlər qoyula bilər. Çünki insanlar bir neçə saat həmin məclislərdə iştirak edirlər. Lakin çox sərt tədbirlərin görülməsinə lüzum görmürəm”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.