Hansı xəstəliklər zamanı nə etməli?

1. Tempratur yüksələn zaman xəstəni yatağa uzadıb, əynindəki isti paltarları çıxartmaq, alnına yaş əski qoymaq, tempratur 38 dərəcə C-dən artıq olarsa, qızdırmasalıcı dərmanlar vermək lazımdır. Qızdırmanı aşağı salmaq mümkün olmadıqda həkimə müraciət etmək lazımdır, çünki  qızdırma hər hansı bir xəstəliyin əlaməti ola bilər.
2. Mədə-bağırsaq pozğunluqları zamanı qarında ağrı, qusma və ishal baş verir. Bu zaman xəstəni ailə üzvlərindən tədric eləmək və anus ətrafını yaxşı yumaq lazımdır. Bir-neçə gün pəhriz və bitki müalicələri ilə əlamətlər aradan qalxmasa, mütləq həkimə müraciət etmək lazımdır.
3. Zəhərlənmə zamanı həkim gələnə qədər təcili xəstəni qusdurmaq lazımdır. Xəstənin dilinin qaidəsinə basmaqla, xəstənin süni surətdə qusdurulması müalicənin yarısı deməkdir.
4. Qıcolma zamanı həkiməqədər xəstəyə yardım etmək vacibdir. Bu zaman xəstəni düz yerə uzadıb, üzünü yana çevirmək lazımdır. Xəstəni əynindəki sıxıcı paltarlardan azad eləmək, pəncərələri açmaq, ətrafdakı adamları xəstədən kənarlaşdırmaq lazımdır.
5. Burun qanaxması zamanı xəstəni sakit uzadıb, aınına soyuq suda isladılmış dəsmal qoymaq lazımdır. Qanaxma güclü olarsa burun dəliklərinə tampon qoymaq və mütləq həkimə müracirət etmək lazımdır. Çünki burun qanaxmaları həyat üçün təhlükəli sayıla bilir. Burun qanaxmalarına qanyaradıcı orqanların xəstəlikləri zamanı, yüksək arterial təzyiq olduqda, burunun selikli qişalarının genişlənməsi və yaralanmalara səbəb ola bilir.
6. Yanıqlar zamanı ilk yardım yanığı törədən səbəbi aradan qaldırmaqdır. Bədənə yapışmış paltarları çıxarmaq və ya yanmış hissəni cəld cırıb çıxarmaq lazımdır. Yanıqlar zamanı dəriyə əllə toxunmaq olmaz. Kimyəvi yanıqları bol su ilə yumaq, mütləq həkimə müraciət etmək lazımdır. Bütün yanıqlar zamanı xəstəyə bol su içirmək lazımdır.
7. Qusma bir çox xəstəliklərin əlaməti ola bilər. Bu xəstəliklərə mədə xorası, kəllədaxili təzyiq, qastrit, öd kisəsi xəstəlikləri, miqren, zəhərlənmə və s. aiddir. Qusma zamanı xəstənin başını tutaraq qusmasına yardım etmək, sonra isə onu yatağa uzatmaq lazımdır. Xəstənin paltarının yaxasını açmaq, alnına soyuq suda islanmış əski qoymaq lazımdır. Qusmanın ardı-arası kəsilmirsə və səbəbi aydın deyilsə mütləq həkimə müraciət etmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.