Hansı xəstəliklər trombların yaranmasına səbəb olur?

Bu və digər risk faktorları barədə “Rossiya 1” telekanalında Rusiyanın Ürək-Damar Patologiyası Mərkəzinin rəhbəri Zaur Şuquşev danışıb.

İlk öncə həkim xatırladıb ki, damarlarda və arteriyalarda qan laxtalanmaları yarana bilər və onların əmələ gəlməsi üçün üç şərt lazımdır: Damarların divarlarında problemlər, təbii qan axınının ləngiməsi və damar hüceyrəsinin zədələnməsi.

Onun sözlərinə görə, trombozu ürək və damar xəstəlikləri, varikoz, koronavirus, siqaret, cərrahiyyə əməliyyatları, uzunmüddətli uçuşlar və bəzi dərmanlar təşviq edə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir