Oklend Universiteti (ABŞ) alimləri hamilə qadınlara 3-cü üçaylığından (hamiləliyin 6-cı ayından sonra) başlayaraq bel üstə yatmamağı və uzun müddət ərzində uzanmamağı tövsiyə edirlər.
MedDaily xəbər verir ki, alimlər hamiləliyin 7-9-cu aylarında olan 29 qadını müayinə etdikdən sonra belə nəticəyə gəliblər ki, hamiləliyin sonunda bel üstə yatan qadında ölü uşağın dünyaya gəlməsi riski artır.
Məsələ burasındadır ki, bu vəziyyətdə yatan qadında uşaqlığın qanla təchiz olunması pozulur ki, bunun nəticəsində dölün qan dövranı da zəifləyir. Bu isə, təbii ki, dölün sağlamlığı və inkişafın üçün ciddi risk yaradır.
Alimlər hamilə qadınlara sol böyürü üstündə yatmağı tövsiyə edirlər. Bu vəziyyətdə həm qadının, həm dölün qan dövranı pozulmur.
Orqanik.az