Hamiləlik zamanı depressiya uşağın beyinin inkişafını pozur

Kalqari Universisteti (Kanada) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, hamiləlik zamanı depressiya uşağın beyinin inkişafına çox ciddi ziyan vurur.

Xarici KİV-in məlumatına görə, araşdırmalar göstərib ki, güclü depressiyada olan anaların uşaqlarında beyin qabığının qalınlığı azalır. Beyinin bu hissəsi mürəkkəb əqli proseslərinə və davranışa cavabdeh olduğuna görə gələcəkdə belə uşaqlarda müxtəlif davranış pozulmaları və təhsil zamanı problemlərin əmələ gəlməsi riski artmış olur.

Alimlər qadının hamiləlik zamanı sakit və rahat şəraitdə olmağını, streslərə məruz qalmamağını gələcək uşağın sağlamlığı üçün çox vacib hesab edirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.