Hamiləlik zamanı ən təhlükəli ANTİBİOTİKLƏR. Uşaqlarda QÜSURLARA səbəb olur

Hamiləlik zamanı müxtəlif səbəblərə görə qadınlara antibiotiklər təyin oluna bilir.

London Universitet kolecinin alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, hamiləlikdə makrolid qrupuna aid olan antibiotiklərdən istifadə uşaqlarda qüsurların riskini xeyli artırır. Penisillin qrupuna aid olanlarda belə risk aşkar olunmayıb.

Orqanik.az xarici KİV-lərə istinadla bildirir ki, makrolidlərdən istifadə uşaqlarda ürək, beyin və cinsiyyət orqanlarının qüsurlarının riskini artırır.

British Medical Journal yazır ki, ilk üçaylığında penisillin qəbul edən qadınlarla müqayisədə makrolidləri qəbul edənlərdə bu risk 55% daha yüksəkdir. Ən təhlükəli makrolidlər arasında alimlər eritromisin, klaritromisin, azitromisin kimi dərmanların adını qeyd edir.

Alimlər bu nəticələrə 1990-ci ildən 2016-cı ilə kimi doğulmuş 1 milyon uşağın sağlamlıq haqqında məlumatlarını analiz etdikdən sonra gəliblər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.