Hamiləlik xərçəng riskini azaldır?

Bristol Universitetinin alimləri müəyyən ediblər ki, hamiləlik endometrium xərçəngi riskini azaldır və qoruyucu təsirləri isə hamiləliklərin sayından asılı olaraq artır. 

Orqanik.az lent.az-a istinadən bildirir ki, bu barədə “BMC Medicine” nəşrində məlumat dərc olunub. 

Endometrium xərçəngi təhlükəli bir xəstəlikdir və qadınlarda xərçəng şişləri arasında dünyada altıncıdır. Bu xəstəlik hər il yüz minlərlə insanın həyatına son qoyur və bütün dünyada xəstəliyə tutulanların sayı artmaqdadır.  

Aparılan tədqiqat zamanı 270 mindən çox qadının tibbi məlumatlarından istifadə edilib. Nəticə göstərib ki, endometrial xərçəngin inkişaf riski uğurlu hamiləliklərin sayı ilə tərs mütənasibdir. 

Üç uşaq dünyaya gətirən qadınlarla övladı olmayan qadınlarla müqayisədə xəstəliyə tutulma riski daha aşağıdır. Belə ki, hamiləlik zamanı qadınlarda progesteron səviyyəsi yüksək olur. Tərkibində progesteron olan kontraseptivlər də endometrium xərçəngi riskini azaldan hormonlardandır.  

Mütəxəssislərin sözlərinə görə, bu araşdırmanı tam təsdiqləmək üçün əlavə bir neçə tədqiqat da lazımdır. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.