Hamiləlik zamanı qadınların nəinki, fizioloji, hətta, psixoloji vəziyyətlərində də dəyişikliklər meydana gəlir. Bu psixi dəyişikliklərin sırasında hamilə qadınların qorxuları da yer tutur.
Ana olmaq qadının ən təbii bioloji tələbatlarından biridir. Bu təlabat qadını ən çox sevindirən və xoşbəxt edən tələbatdır. Amma hamiləlik baş verdikdən sonra hər şey asan və ideal olmur. Hamiləlik zamanı qadının orqanizmində bir çox fizioloji və psixoloji dəyişikliklər baş verir. Hətta, sağlam hamiləlik keçirən qadınlarda belə bəzi psixoloji əlamətlər meydana çıxa bilir. Bu əlamətlərdən biri də hamilə qadının qorxularıdır.
Qadınlar hamilə qaldıqları gündən hamiləliklərini necə keçirəcəklərini, uşağı dünyaya necə gətirəcəklərini və onu necə böyüdəcəklərini düşünürlər.
Bu da təbii olaraq hamilə qadınların sinir sisteminin zəifləməsinə və əsəbi gərginliklərin əmələ gəlməsinə səbəb olur. Bu cür düşüncələrlə yaşamaq hamilə qadınlarda qorxu hissəsinin əmələ gəlməsinə və getdikcə inkişaf etməsinə səbəb olur.
Hamilə qadınların ən çox qorxduqları şey uşaqlarına ürəklərinin istədiyi kimi baxa bilməməkdir. Bəzən isə analar uşağı dünyaya gətirdikdən sonra karyeralarının yarımçıq qalacağını düşünərək qorxu içərisində yaşayırlar.
Bəzi qadınlar ” Mən ərimə övlad dünyaya gətirirəm” düşüncəsi ilə yaşayırlar. Bu isə mütləq bu uşağı dünyaya gəyirməliyəm və ya mütləq oğlan doğmalıyam kimi fikirlərin formalaşmasına, dolayısıyla da qorxu hissinin formalaşmasına səbəb olur. Hamiləlik dövrünü qorxu hissi ilə keçirmək qadının əsəblərinin pozumasına səbəb olur.
Hamilə qadının qorxu ilə yaşaması uşağın sinir sisteminə təsir edir. Belə ki, ananın emosional düşüncələri, əsəbi gərginliyi uşağı da narahar edir. Psixoanalitiklər bu səbəbdən də ananın gərgin olmasını və qorxu hissi ilə yaşamasını düzgün hesab eləmirlər. Çünki, bu uşağın normal inkişafının ləngiməsinə səbəb olur.
Hamilə qadınların qorxu hissi ilə yaşamasına onların internetdən çox məlumat toplamalarıdır. Mütəxəssislər hamilə qadınlara internetdən istifadə edərkən onları hər bir oxuduqlarına inanmamalarına səsləyir.
Hamilə qadınların qorxu hissi ilə yaşamalarına səbəb olan amillərdən biri də onların doğuşdan qorxmalarıdır. Mütəxəssislər doğuş qorxusu ilə yaşamaqdansa hamilə qadının doğuma psixoloji cəhətdən hazırlanmasını məsləhət bilir. Müasir tibbdə doğum öncəsi nəinki, hamilə qadının hətta, uşağın atasının da doğuşqabağı psixoloji məsləhət alması təşkil edilir. Bu isə doğuşun normal keçməsinə və ananın psixoloji travma almamasına səbəb olur.
Orqanik.az