Hər gün işə gedib-gəlmək faydalıdır – Ekspertlər

Evdən işə və geriyə gündəlik gediş-gəliş işçilərə stresdən qurtulmağa, iş və ev vəzifələri arasında keçid etməyə kömək edir.

Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, bu fikri insan resurslarının idarə edilməsi sahəsində ekspertlər, professor Metyu Pişçek və Kristi Makalpayn bildiriblər.

Onların sözlərinə görə, ofisə gedən adi marşrut insanın iş tapşırıqlarından və ev işlərindən azad olduğu keçid məkanı yaradır. Belə bir sıfırlamanın olmaması sosial rollar arasındakı sərhədləri bulandırır və insanların işdən geri çəkilməyə vaxtı qalmır. Uzaqdan işləyən işçilərin tez-tez stresə və tükənməyə meylli olmasının səbəblərindən biri də budur.

Pişçek və Kristi Makalpayn evdən işləyən işçilərə iş günündən əvvəl və sonra 15 dəqiqəlik gəzinti etməyi məsləhət görür. İşə səyahət getməyə davam edənlərə yolda olarkən peşəkar vəzifələr haqqında daha az düşünmək və bunun əvəzinə musiqi, podkast dinləmək və ya dostları ilə söhbət etmək tövsiyə olunub.

Onlar əlavə ediblər ki, gediş-gəlişdən həm sərnişinlər, həm də avtomobil sürücüləri faydalanır. Lakin işə gedərkən və ya geri qayıdarkən yolda nəsə baş verdiyi, stress səviyyəsinin adi haldan daha yüksək olduğu günlərdə işçilər istirahət edə, iş tapşırıqlarından yayına bilmədiklərini bildiriblər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.