İctimai iaşə və tibbi profilaktika mərkəzinin rəhbəri, həkim Olqa Çirkova öd kisəsi daşlarının əmələ gəlməsinin səbəblərini açıqlayıb.
Orqanik.az “Medicina”-ya istinadən xəbər verir ki, öd kisəsi qaraciyərdən asılı kiçik bir əzələ orqanıdır. Öd yağları həzm etmək və bağırsaq mikroflorasını saxlamaq üçün lazımdır.
Oturaq həyat tərzi keçirən insanlarda öd şirəsi baloncuğa ilişib daş əmələ gətirir. Əgər bu daşlar çoxalarsa, əməliyyata ehtiyac olacaq.
Daşların əmələ gəlməsində orqanizmdə artıq çəki də rol oynayır. İnsanda çəki artıq olarsa, bir o qədər də öd daşlarının əmlə gəlməsi prosesi çoxalır.
Bu xəstəliklə adətən qadınlar daha çox üzləşirlər.
Bəzən bu xəstəlik öz simptomlarını göstərmir. Lakin hərəkət etdikdə bu öd daşı baloncuğda tərpənərək ağrı verir .Ağrı bir neçə dəqiqə və ya bir neçə saat çəkə bilər. Ağrılar şiddətləndiyi halda həkimə müraciət etmək lazımdır. Çünki bu öd kisəsi partlamasına səbəb ola bilər.
Orqanik.az