Həkim milyonçu olmalı deyil, onun rüşvət almağa ixtiyarı yoxdur” – “Semaşko”nun direktoru

Həkimlər arasında rüşvət almaq faktı olub. Biz dərhal bununla bağlı tədbir görmüşük. Mən dərhal həmin həkim barədə hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Bu kimi 3-4 hadisə olub. Hətta sizə deyim ki, həkimlərin pul almasına dair faktların əksəriyyətini bizə vətəndaşlar deyir.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov oxu.az-a açıqlamasında deyib.

“Həkimlər dünən deyə bilərdilər dolana bilmirik, indi nə olub? İcbari tibbi sığorta tətbiq ediləndən həkimlər 5 min, 8 min, 10 min maaş alırlar. Həkim milyonçu olmalı deyil. Həkim yaxşı yaşayan, yaxşı ev-eşiyi olan, maşını olan bir vətəndaş səviyyəsində alnı açıq yaşamalıdır.

Həkimin rüşvət almaq ixtiyarı yoxdur. Digər tərəfdən Vətən müharibəsindən çıxmışıq, nə qədər şəhid vermişik. Bu xalqın vətəndaşılarından rüşvət alanları o torpaqların ahı tutar. O Vətən uğrunda döyüşənlərə, şəhid olanların ailələrinə nə qədər diqqət qayğı göstərsək belə, yenə də onların itirdiklərinin əvəzini verə bilmərik. Bundan başqa nizam intizama riayət edilməməsi, Əmək Məcəlləsinin maddələrinin ciddi şəkildə pozulması halları, iş rejiminə ciddi yanaşılmaması və s. bu kimi hallarla bağlı da aidiyyəti üzrə tədbirlər görmüşük”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.