“B12” vitamini çatışmazlığı bir neçə əlamətlə, ilk növbədə də dərinin rəngi ilə müəyyən edilə bilər. Belə insanlarda dəri çox solğun və ya saralmış olur.
Bu barədə rusiyalı nutrisioloq Anastasiya Qavrikova həkimə getmədən və analizlər vermədən B12 vitamini çatışmazlığını necə təyin etməyi açıqlayarkən bildirib.
Onun sözlərinə görə bir çoxları bu vitaminin əhəmiyyətini düzgün qiymətləndirmir, halbuki sinir hüceyrələrini sağlam saxlamaq, sinir impulslarının ötürülməsi funksiyasını yaxşılaşdırmaq və mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmaq üçün əvəzsizdir.
Bundan başqa körpənin nevroloji pozğunluqlarının qarşısını almaq üçün hamilə qadınlarda B12 vitamini kifayət qədər miqdarda olmalıdır.
“Daimi zəiflik və yorğunluq da B12 çatışmazlığının vacib siqnallarıdır. Yaddaş problemləri, əhval dəyişikliyi, dad qönçələri olmayan iltihablı qırmızı dil (selikli qişanın atrofiyası) da problemi göstərə bilər”, – deyə Qavrikova əlavə edib.
Nutrisioloq B12 vitamininin əsasən qaraciyərdə, dietik ətdə, toyuqda, balıqda, dəniz məhsullarında və yumurtada olduğunu vurğulayıb
Orqanik.az