Həkim: Temperaturunuz 3 günə düşməsə… – VİDEO

Azərbaycanda yayılan virusun influenza olmasını təxmin edirik. Onun bu formada yayılması onu göstərir ki, insanlarımız maska ilə davranış qaydalarını yaddan çıxarıblar. Gigiyena qaydalarına düzgün əməl edilmir deyə, bu virus həddindən artıq sürətlə yayılmaqda davam edir.

Orqanik.az xəbər verir ki, bunu ARB-24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Ümid Səlimzadə deyib. O bildirib ki, bu virusa yoluxan xəstələrdə COVİD-19 testlərinin cavabı əksər hallarda neqativ olur:

“İnfluenzanın əlamətləri də koronada olduğu kimidir. Temperaturu 39-40 dərəcəyədək qalxan insanlar müşahidə edirəm”.

Ü.Səlimzadə onu da qeyd edib ki, influenzanın xəstəxana şəraitində müalicəsində antiviral dərmanlardan istifadə edilməlidir:

“Əgər antiviral dərmanlar xəstəyə kömək etmirsə, demək, ikincili olaraq bakterial mənşəli infeksiya qoşulub. Bu təsdiqlənərsə, biz antibiotiklərdən istifadə edə bilərik. Amma ev şəraitində müalicə zamanı isə gün ərzində temperatur salan dərmanların 6-8 saatdan bir olmaqla, 3-4 dəfə istifadəsi lazımdır. Əgər temperatur 3 gündən artıq düşməsə, xəstəxanaya müraciət mütləqdir”.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.