Vitamin B2 yaşlanma prosesini yavaşladır, saç və dəri sağlamlığını yaxşılaşdırır.
Orqanik.az xəbər verir ki, bunu rusiyalı terapevt-qastroenteroloq Yelena Tyulpina deyib.
Həkim bildirib ki, orqanizmdə bütün biokimyəvi proseslər B vitaminlərinin, o cümlədən B2 vitamininin iştirakı ilə baş verir.
Bu vitamin zülalların, yağların və karbohidratların mübadiləsində mühüm rol oynayır. Süd, pendir, kəsmik, yumurta və içalat (qaraciyər və böyrəklər) kimi qidalar vitamin B2 ilə zəngindir. Bitki mənşəli məhsullar arasında göbələk və şam fıstığı bu elementi ehtiva edir.
Y.Tyulpina orqanizmdə B2 vitamininin səviyyəsini müəyyən etmək üçün mütəxəssisə müraciət etməyi məsləhət görüb. Həkim testlərin nəticələrinə əsasən riboflavinin ən uyğun dozasını seçməyin mümkünlüyünü əlavə edib. (publika.az)
Orqanik.az