Günəş vannası haqqında hər şey

Yay aylarında hər birimiz məzuniyyət vaxtını daha çox çimərlikdə keçirmək, günəş vannası qəbul etmək, il boyu daha gümrah olmaq üçün qaralmağa çalışırıq. Bununla yanaşı, günəş vannasının faydaları olduğu kimi, ziyanı da var.

Günəş vannası və ya qaralmaq- ultra-bənövşəyi şüaların təsiri nəticəsində dəri rənginin dəyişməsi (tündləşməsi) və dərinin alt qatında xüsusi melanin piqmentinin toplaşmasıdır. Bir neçə dəfə normal qaydada günəş vannası qəbul edəndə qaralma daha da artır. Amma günəş altında uzun müddət uzanma gün vurması, gün yanması ilə nəticələnir. Eyni zamanda bu vəziyyət sağlamlığa da ciddi ziyan vurur (sinir, ürək-damar və digər sistemlər). Bir neçə dəfə gün vurma nəticəsində isə melanomun yaranma riski artır.

Hələ qədim dövrlərdə dərinin tünd rənginin xarici görünüşü vizual olaraq kobudlaşdırdığı düşünülürdü. Bu səbəbdən günəş vannası qəbul etmək kişiliyin simvolu sayılırdı. Qədim Misir incəsənətində, Pompey freskalarında, Avropa rəssamlarının rəsmlərində kişilər bir qayda olaraq qaralmış, qadınlar isə bəyaz dərili təsvir edilirdi. 1920-ci illərdə məşhur dizayner Koko Şanel Fransanın Rivyera əyalətində istirahəti zamanı təsadüfən günəş vannası qəbul etdi. Koko Şanel evə qayıdanda dərisinin rəngi tündləşmişdi, onu görən pərəstişkarları bunu bəyəndilər və günəş vannası qəbul etmək qərarına gəldilər. 1930-cu illərdə günəş terapiyası demək olar ki, bütün xəstəliklərdən müalicə üçün dərman kimi qəbul edildi. Bu sıraya adi yorğunluqdan tutmuş vərəm xəstəliyinə qədər olan xəstəliklərin adını çəkmək olar. 1978-ci ildə isə günəş şüalarından qorunmaq üçün krem kəşf edildi.

Günəş vannası qəbul edərkən UF-a, UF-B və UF-C şüaları dəriyə təsir edir.

-Günəş radiasiyası bir sıra ziyansız amma xoşagəlməyən dəri xəstəlikləri yarada bilər. Bu xəstəliklər isə allergik reaksiyanın təsiri nəticəsində yaranır. Yaranan xəstəliklər dəri səpkiləri, iltihab, qaşınma, çəhrayı-qırmızı ləkəli səpki, suluq, eritema ilə xarakterizə edilir. Bu hallar isə saç köklərinin günəş şüalarına qarşı həssaslığından irəli gəlir.

-Uzun müddət məlumdur və bu fakt bir sıra elmi tədqiqatlarla təsdiqlənib ki, günəş şüaları altında uzun müddət qalmaq və bununla bağlı olaraq da gün yandırması bir sıra ciddi dəri xəstəliklərinə səbəb ola bilər. Bu xəstəliklər isə təkcə sağlamlığa yox, həm də insan həyatı üçün təhlükəlidir. Dəri xərçənginin ən geniş yayılmış növləri arazında hüceyrə xərçəngi, melanom və skuamoz xərçənginin adını çəkə bilərik. Dəri xərçənginə yoluxan insanlar arasında ən çox ölüm halı melanom xərçəngi zamanı ortaya çıxır. Bu xəstəlik nadir hallarda olsa da, çox təhlükəlidir.

-Ultra-bənövşəyi şüalar dəriyə nüfuz edərək lif və kollageni zədələyir. Lif və kollagen dərinin düzgün strukturu və möhkəmliyini təmin edir. Onların zədələnməsi isə dəri qırışlarının yaranmasına səbəb olur. Bundan əlavə keratoz, dəri soyulması və dəri rənginin dəyişməsi də ola bilər. Günəşin təsiri ilə dəri piyinin sekresiyası sürətlənir, sivilcələr yaranır, sızanaqlar üzə çıxır, xırda kapilyarlar genişlənir və qırılır. Damarlı dərisi, çəhrayı sızanaq və herpes xəstəliyi olan insanlar xüsusi kremlərdən istifadə etməlidirlər.

Günəş altında, xüsusən də baş örtüyü olmadan uzun müddət oturmaq orqanizmin isinməsi və günvurma ilə nəticələnə bilər. Bu zaman ağrı və baş gicəllənməsi, ürək bulanması, qızdırma, qan təzyiqinin aşağı düşməsi və hətta huş itirmə kimi hallarla nəticələnə bilər. Uşaqlar və yaşlılar üçün bu daha təhlükəlidir amma istənilən adam qızmar günəş altında çox otursa, günvurma baş verə bilər. İsti günlərdə daha çox kölgədə oturmaq, çoxlu su içmək və baş örtüyündən istifadə etmək lazımdır. Güclü günvurma hətta ölümə də səbəb ola bilər.

Çox vaxt solyarinin günəş vannasına nisbətən daha az ziyanlı olduğunu eşidirik. Əslində isə belə deyil. Çünki qaralmaq üçün istifadə edilən lampalar ultra-bənövşəyi şüalar buraxır və bu, adi gündə günəşdən gələn şüalardan on dəfələrlə çoxdur. Belə şüalanma nəticəsində dəri daha çox şüa qəbul edir.

Nəzərə almaq lazımdır ki, günəşdən qoruyan vasitələr dərini 2 saata qədər qoruyur. Bu səbəbdən hər günəş vannası qəbul etdikdə iki saatdan bir kremlənməlisiniz. Yaxşı qaralmış dəri cəzbedici, sağlam görünür və uğurlu tətilin simvoludur.  Amma unutmayın ki, günəş vannası qəbul edərkən qaydalara uyğun hərəkət etmək, dərinin növünə uyğun olaraq seçilən kremlərdən istifadə etmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.