Yuxusuzluq, stres, düzgün qidalanmamaq, telefondan həddindən artıq istifadə gözaltında torbaların yaranmasına səbəb ola bilər. Bəs bunun qarşısını necə almaq olar?
Orqanik.az gözaltı torbaların sağalmasına, şişkinliyin aradan qaldırılmasına imkan verən üsulları təqdim edir:
1. Gün ərzində kifayət qədər su içməyə çalışın
Çiy meyvə və tərəvəzlər istehlak etmək gözaltı torbalarının yaranmasına səbəb ola bilər. Toksinləri bədəndən xaric etmək üçün mümkün qədər çox su içmək şərtdir.
2. Dəmir qəbul edin
Üzüm, ispanaq, brokoli, quru meyvələr yeyərək bədənin dəmir ehtiyacını ödəyin.
3. Bütün qidalardan istehlak etməyə çalışın
Banan, çiyələk, qovun, pomidor və qatıq kimi kaliumla zəngin qidalar bədənin su ehtiyacını qoruyub saxlayır. Vitaminlər (A, E, C), yerkökü, sitrus meyvələr, bibər, qoz-fındıq yeməyiniz də tövsiyə olunur.
4. Bu məhsullardan uzaq durun
Spirt, qəhvə, şəkər, pendir, qızardılmış qidalar, qazlı içkilər, un, bulyon, duz, soya sousu istehlak etməyin.
5. Yuxu
Düzgün və nizamlı yuxu rejimi şərtdir.
6. Yatarkən uzanmağınıza diqqət edin
Gözləriniz səhərlər daha çox şişir? Bəlkə də başınızın altına daha 1 yastıq qoymaq faydalı olar. Başınızın bir az daha yuxarıda olması üzünüzdəki ödəmin azalmasına gətirib çıxaracaqdır. (axşam.az)
Orqanik.az