Göz sağlamlığını qoruyan 4 vitamin

A vitamini – göz sağlamlığı üçün ən əhəmiyyətli vitaminlərdən biridir. A vitamini ya da retinol çatışmazlığında, gecə korluğu adı verilən gecə görə bilməmə problemi meydana gəlir.

A vitamini, gözün gecə görməsini qüvvətləndirir. Kifayət qədər A vitamini qəbul edilməsə, gecə korluğu, gözyaşının azalması və buynuzlu qişa təbəqəsində problemlər inkişaf edə bilər. A vitamini yaşıl və sarı rəngli tərəvəzlər ilə meyvələrdə, yumurta, süd kimi qidalarda olur.

B2 vitamini – çatışmazlığı gözlərdə yanma və işığa qarşı həssaslıq hətta katarakt yarada bilər. B2 vitamini yəni riboflavin, gözdə katarakt meydana gəlməsinə maneə törədir, göz yorğunluğunu yüngülləşdirib miqren tutmalarını azaltmağa da köməkçi ola bilər.

B2 vitamini xüsusilə ət, qaraciyər, toyuq, balıq, yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, taxıllar, yağsız süd, qatıq, yumurta sarısı, pendir, çobanyastığı, gicitkən otu, brokoli və ispanaqda olur.

C vitamini – günəş işığına qarşı qoruma təmin edərək katarakt meydana gəlməsinə maneə törədə bilir. Bundan əlavə, kifayət qədər C vitamini qəbul edilərsə, şəkər xəstəliyinə bağlı inkişaf edən və gözün sinir və damarlarında yaranan zərərləri əngəlləməyə köməkçi olar.

Çünki C vitamini, qanda yüksək şəkər səviyyəsinə qarşı önləyici təsirə malikdir. C vitamini, təzə meyvə və tərəvəzlərin hardasa bir çoxunda var.

E vitamini – alfa tokoferol tipi bir antioksidantdır; yəni alfa tokoferol bədən üçün zərərli olan zəhərli maddələrin xaric edilməsinə köməkçi olur. E vitamini, retina adı verilən damarlı bölgənin degenerasiyasında faydalı ola bilər.

E vitamini cəhətdən zəngin qidalar; kərəyağı, qırmızı ət, ispanaq, brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər, kivi, banan, zeytunyağı, günəbaxan yağı, qoz və badamda mövcuddur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.