Göbələk xəstəliyi zamanı xalq təbabəti

Xalq təbabəti vsitəsilə dırnaqlardakı göbələk xəstəliyindən xilas olmağın yolları
Dırnaqlardakı göbələk xəstəliyindən xalq təbabəti vasitəsilə birdəfəlik xilas olmaq olur.
1. Ayıqulağı və dəmrovotu
50-60 qram dəmrovotu 1,5 litr suda qaynadılır. Soyuduqdan sonra 50 qram 3%-li hidrogen perekis əlavə edilir. Ayaqlar vanna edilir və quruduqdan sonra dırnaqların üstünə ayıqulağı qoyulub bağlanır. Nəticənin yaxşı olması üçün bu bitkilərin qarışımından hazırlanmış dəmləmə də içilir.
2. Palıq qabığı
Palıd qabıqları qaynadılmış suda ayaqları vanna etdikdə ayaq dırnaqlarındakı və ayaqlardakı göbələk xəstəliyindən birdəfəlik xilas omaq mümkündür. Bunun üçün 200 qram palıq qabığını 1 litr suda zəif odun üstündə qaynadıb bir az soyuduqdan sonra ayaqları vanna eləmək lazımdır. Vannadan sonra ayaqları yaxşı qurulamaq lazımdır.
3. Alma sirkəsi  
Alma sirkəsi ilə islanmış pambıqla göbələk xəsyəliyinə yoluxmuş nahiyə silinir. Göbələk xəstəliyindən birdəfəlik qurtarmaq üçün bu proseduru dəfələrlə təkrarlamaq lazımdır. Amma sirkəli pambığı dərinizin üstünə qoyub bağlamayın. Bu ciddi yanıqlara səbəb ola bilər.
4. Yod
Dırnaqlardakı göbələk xstəliyindən xilas olmaq üçün ən sadə vasitələrdən biri xəstə nahiyəyə yod sürtməkdir. Gün ərzində 2 dəfə göbələk xəstəliyi yolixmuş nahiyəyə 1 damcı yod damızdırmaq xəstəliyin əlamətlərini azaldır. Uzun müddət bu vasitəni tətbiq etdikdə isə xəstəlik tamamilə sağalır.
5. Çay ağacı yağı
Göbələk xəstəliyi yoluxmuş dıqnaqları çay ağacı yağı sürtdükdə xəstəliyin əlamətləri azalır. Çay ağacı yağı antimikrob və antibakterial təsirə malik olduğu üçün göbələk xəstəliyini də aradan qaldırır.
6. Sarımsaq şirəsi
Sarımsaq şirəsi göbələk əleyhinə təsir göstrir. Onu gündə 3 dəfə olmaqla uzun müddət xəstəliyə yoluxmuş nahiyələrə sürtdükdə xəstəliyin əlamətləri azalır və sağalır.
7. Sirkə və yerkökü şirəsi
100-150 qram təzə sıxılmış yerkökü şirəsinə 1 stəkan 7% sirkə əlavə edilir. Qarışım hər gün göbələk xəstəliyinə yoluxmuş nahiyələrə sürtülür. Qarışımdam gündə 5-6 dəfə sürtmək lazımdır.
8. Dieta
Bədənində göbələk xəsstəliyi olan adamlara xüsusi dieta təqdim olunur. Belə ki, tərkibində kükürd çox olan qidalarla qidalanmaq orqanizmdə göbələk xəstəliyinin əmələ gəlməsinin qarşısını alır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.