Gizli xəstəliklərin ƏLAMƏTLƏRİ. Qaçırmayın!

Xəstəlik hələ inkişaf etməzdən əvvəl bədənimiz bizə bəzi SOS-siqnalları göndərir. Bu siqnalları bilmək və onlara vaxtında diqqət etmək çox vacibdir.

Bu bizi bir çox ciddi sağlamlıq problemlərindən xilas edə bilər.

Orqanik.az oxucularına gizli xəstəliklərin bəzi əlamətləri ilə tanış edir.

1. Tez-tez təkrarlanan qorxulu yuxular, qarabasmalar

Mütəxəssislərin fikrinə görə, bir çox hallarda bu ürək sinir sistemi xəstəliklərinin (o cümlədən Parkinson xəstəliyinin) inkişafına işarə edə bilər.

2. Duzlu qidalara meylin artması

Son elmi araşdırmalar göstərib ki, bu simptom tez-tez qanazlığı və orqanizmdə dəmirin çatışmazlığına işarə edir.

3. Yaddaşsızlıq, keçməyən yorğunluq

Adətən bu əlamətlər xroniki streslərlə əlaqələndirilir. Lakin mütəxəssislər bu simptomlardan əziyyət çəkənlərə endokrinoloqla məsləhətləşməyi tövsiyə edirlər ki, bu qalxanvari vəzi xəstəliyinə də işarə edə bilər.

4. Dərinin qaşınması

Bu simptom şəkərli diabet və qaraciyər xəstəliklərinin ilk simptomlarından biri ola bilər.

5. Qarının böyüməsi

Bu da çox ciddi simptomdur və bir çox təhlükəli xəstəliklərə və o cümlədən xərçəngə işarə edə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.