Your Cart

Gizli təhlükə: Yeni doğulan körpənizdə bu əlamətlər varsa… – VİDEO

Son vaxtlar təzə dünyaya gələn körpələrin orqanizmi əvvəlki dövrlərə nisbətən zəif olur. Belə ki, əksər valideynlər uşağın doğulduğu ilk gündən xəstəxanalara üz tuturlar. Körpələri ya soyuqdəymədən qorumaq çətin olur, ya da digər uşaq xəstəliklərindən. Bu problem onların inkişafda da özünü göstərir. 

Orqanik.az Xəzər TV-yə istinadən xəbər verir ki, mama-ginekoloq Lalə İmanlının sözlərinə görə, uşaqların zəif doğulmasının əsas səbəblərindən biri ananın hamiləlik dövrü ilə bağlıdır. Bu prosesdə həm kişinin, həm qadının sağlamlığı vacib faktordur. Bundan əlavə müvafiq müayinələrin aparılması da mütləqdir. 

Lalə İmanlı deyir ki, fəsadlı hamiləlikdən dünyaya gələn uşağın immun sistemi xəstəliklərə qarşı zəif mübarizə aparır. 

Pediatr Günay Rəsulova isə bildirir ki, uşaqların zəif inkişafı həm də ekoloji çirklənmə və düzgün qidalanmama ilə bağlıdır. Eyni zamanda peyvəndlərin vaxtında aparılmaması da buna təsir edir.

Günay Rəsulovakörpələrin infeksiya ehtimalı olan şəraitdən uzaq saxlanmalarını tövsiyə edir. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa