Gecələr ayaq ağrılarının qəribə səbəbi tapıldı

Ayaqlarda güclü ağrılar damarlaırn zədələnməsi və orqanizmdə maqniy elementi çatışmazlığından ola bilər.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, nevroloq Artyom Barışev ayaqlarda ağrıların təkcə sümük və oynaqlarla bağlı olmadığını deyib.

“Xüsusən yaşlı insanlarda kaliy və maqnezium çatışmazlığı olarsa, ayaqlarda xüsusən uzandıqda, yuxuda küt ağrılar olur.
Ayaqlarda ağrıları 3 qrupa bölmək olar.

1. Oynaqlardan – iltihabi xəstəliklər
2. Əzələ
3. Sinir-nevroloji

Ən çətin təyin olunan əzələ tipli ağrılardır. Eləcə də damarlarda baş verən dəyişiklik, varikoz, damar tutulması da ağrı verir.

Maqniy -kaliy çatışmazlığı zamanı qıcolma, keyimə, eləcə də ayaqların rənginin sanki göyərməsi ola bilər.

Əgər gecə yatanda ayaqlar sinir mənşəli ağrıyırsa, insan yerindən qalxıb oturur, ayaqlarını salladır, belə olduqda ağrı azalır. Ayağının tez-tez yerini dəyişir.

Təhlükəli simptomlardan biri də dabanların, pəncənin altına sanki iynə batırma hissidir.
Bu zaman gözləməyə dəyməz, mütləq nevroloqa getmək lazımdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.