Gavalının qan təzyiqinə təsiri

Həkim-dietoloq gavalıların az bilinən faydalı keyfiyyətlərindən danışıb. Mixail Qinzburq meyvənin bağırsaqları bərpa etdiyini, hipertoniyaya səbəb olan prosesləri azaltmağa və qan təzyiqini aşağı salmağa qadir olduğunu söyləyib.

Həkim deyib: “Gavalıda iltihab əleyhinə təsir göstərən elementlər var. Gavalının istehlakı qan axınını yaxşılaşdırır.

Meyvə, həmçinin bədəndəki artıq mayenin xaric olunmasına kömək edir və bu da təzyiqin azalmasına səbəb olur”.

Həkim-dietoloq eyni zamanda gavalının damar divarlarını gücləndirməyə qadir olduğunu əlavə edib. Bu meyvədə bədən üçün lazım olan C vitamini, kalium və mis var.

Qeyd etmək lazımdır ki, gavalını gündə 150 qramdan çox yeməmək tövsiyə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.