Həyatınızda kiçik dəyişikliklər etməklə gənc görünə bilərsiniz.
Orqanik.az lent.az-a istinadən xəbər v erir ki, gənc qalmağın təbii və müxtəlif üsulları var.
İdmanla məşğul olun
Gündəlik edəcəyiniz kiçik bir məşq belə gənc görünüşünüzə töhfə verəcək. Müntəzəm idman gec qocalmanın qarantıdır. İnsana müsbət baxış bəxş edən idman, özünüzü daim gənc və dinamik hiss etməyinizə kömək edir.
Günəşdən qaçın
Günəşin altında həddindən artıq qalmaq çox zərərlidir. Günəşdə qalmanın dəriyə mənfi təsiri günəşin yaratdığı qocalma adlanır. Günəş bizi hər şeydən daha tez qocaldır.
Təzə qidalara üstünlük verin
Bəzi qidalar tərkibindəki vitaminlərə görə qocalma prosesi ilə mübarizə aparır. Təzə qidanın tərkibindəki vitaminləri qəbul etmək tez qocalmağınızın qarşısını alacaq.
Təbəssüm
Gülmək stressi azaldır, immunitet sistemini dəstəkləyir və hər zaman daha gənc görünmənizi təmin edir.
Siqaretdən çəkinin
Siqaret çəkmək dəri hüceyrələrini yaşlandırır və oksigen və qida maddələrini daşıyan qan damarlarını daraldır. Mütəxəssislər də siqaretin qocalmanın təsirini dəfələrlə artırması ilə razılaşırlar.
Spirtli içki içməyin
Araşdırmalar göstərir ki, qırmızı şərab kifayət qədər istehlak edildikdə əhəmiyyətli antioksidantlardan biri hesab olunur. Ancaq həddindən artıq spirt istifadəsi və alkoqol sizi daha tez qocaldır.
Orqanik.az