Fermentləşdirilmiş qidalar mədə xərçəngi yaradır – SİYAHI

Fermentləşdirilmiş qidalar, içkilər mədə xərçənginə səbəb olur.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bunu məşhur dietoloq Cozi Porter bəyan edib.
O qeyd edib ki, qeyri-düzgün və zərərli qidalanma səbədindən insanın həzm orqanları zədələnir.

İlk baxışdan zərərsiz, hətta faydalı bildiyimiz bəzi qidalar çox təhlükəli ola bilir.

Xüsusilə fermentləşdirilmiş ərzaqlar, şərab, pendir, duzlu pendir, şorabalar, turşular, duzlu tərəvəzlər mədədə xərçəng əmələ gətirir. Çox zaman bu qidaları bağırsaq üçün faydalı qida kimi təbliğ edirlər.

Lakin hər gün 30 qram fermentləşdirilmiş və konservləşdirilmiş qidalar, tərəvəzlər, bəzi pendirlər yemək mədədə kanserogen mühit yaradır.

Fermentləşdirilmiş qida kimi təzə təbii pendir, kefir, qatıq yemək olar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.