Eritermiya

Eritermiya mieloproliferativ xəstəlik olub, xroniki xoşxassəli leykozdur ki, bu zaman eritrositlərin, leykositlərin və trombositlərin yüksək miqdarda əmələ gəlməsi müşahidə olunur. Xəstəlik 10 000 nəfərdən birində, kişi və qadınlar arasında eyni miqdarda rast gəlinir.
Xəstəliyin əmələ gəlməsində qanyaranmanın hər 3 istiqamətinin hüceytələrinin şiş proliferasiyası durur. Xəstəlik zamanı qaraciyər və dalaqda qanyaranma ocaqları peyda olur. Eritrositlərin və trombositlərin periferik qanda artması qan dövranının sürətini azaldır, qanın özüllülük və laxtalanmasını yüksəldir ki, bu da bir sıra klinik əlamətlərin ortaya çıxmasına səbəb olur.
Eritermiya aşağıdakı sindromlarla özünü göstərir:
– baş ağrıları
– baş gicəllənmə
– görmənin pozulması
– dəridə geyişmə
– əl barmaqlarında kəskin ağrı və yanma hissi
– ürək-damar pozğunluqları
– insult
– böyrək arteriyalarının trombozu
– splenomeqaliya.
Eritermiyanın bəzi mərhələlərində xəstələrdə tərləmə, sol qabırğa altında ağrılar, sümük ağrıları, bədən temperaturunun yüksəlməsi müşahidə edilir. Xəstəliyin kliniki simptomları artdıqca ağırlaşmalar meydana çıxmağa başlayır. Eritermiyanın gedişini damar trombozları, hemoragik sindrom, endogen urikemiya və s.ağırlaşdırır.
Xəstəliyə diaqnozun qoyuluşunda xəstədən toplanan anamnezin, laborator müayinələrin rolu böyükdür. Xəstəliyə tam diaqnozun qoyulmasında xəstəliyin əlamətləri, laborator analizlərin nəticələri ilə xəstəliyin mərhələlərində baş verən ağırlaşmaların rolu böyükdür.
Eritermiya fəsadsız keçdikdə və müalicə olunduqda xəstənin ömrünü 15-20 il uzatmaq mümkün olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.