Epididimit

Epididimit xaya artımının iltihabi prosesi olub, angina, qrip, pnevmoniya və başqa xəstəliklər zamanı hematogen yolla infeksiyanın xaya artımına keçməsi nəticəsində baş verir. Infeksiya xaya artımına toxumçıxarıcı axar vasitəsilə onun antiperistaltik hərəkətləri sayəsində, sidik kanalının iltihabi prosesi zamanı , həmçinin kateterin sidik kanalında uzun müddət qalması zamanı baş verir.
Klinikası:
Epididemit qəflətən başlayır, xaya artımı böyüyür, ağrı meydana çıxır. Bədən hərarəti 38-40 dərəcəyə yüksəlir. Iltihabi proses və ödem xaya qişaları və xayalığa yayılır, xaya şişir, dərisi dartınır, hamarlaşır, hiperemiyalaşır və xaya qişalarının suluğu baş verir. Ağrılar qasıq nahiyəsinə, bəzən belə, büzdümə ötürülür. Hərəkət zamanı güclənir, odur ki, xəstələr yataqda uzanmağa üstünlük verirlər. Vaxtında müalicə aparıldıqda 2-3 gün sonra ağrı və ödem azalır, bədən hərarəti normallaşır. 3-4 həftəyə kəskin epididemit tamam sorulur və iltihabın zədələdiyi yerdə çapıq birləşdirici toxuma qalır. Təsadüfən iltihabi irinliklər birləşib xaya artımının absesini meydana çıxara bilir.
Müalicəsi:  İlk növbədə xəstəyə yataq rejmi təyin olunmalıdır. Pəhrizdə kəskin və qıcıqlandırıcı qidalardan imtina olunur, çoxlu maye qəbul olunur. Xəstə suspenzoriydən istifadə etməlidir, xaya nahiyəsinə buz kisəciyi qoyulur. Xəstəliyi yaradan mikrobların təyini çətin olduğu üçün geniş spektrli antibiotiklərdən istifadə edilir , yaxud ximiopreparatlardan , ftorxinolonlardan istifadə olunur. Kəskin iltihabi proses sakitləşdikdən sonra isti-xayaya qızdırıcı kompres, diatermiya, ultrayüksək tezlikli cərəyan iltihabın tez sorulmasına kömək edir. Xaya artımında abses baş verdikdə onu cərrahi yolla işləmək lazım gəlir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.