Ekvadorda meymunçiçəyi xəstəliyindən ilk ölüm halı qeydə alınıb.
Orqanik.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Twitter” hesabındakı paylaşımda bildirilir.
“Bir xəstə daha əvvəl onda olan xəstəlik nəticəsində 8 avqust 2022-ci il vəfat edib”, – deyə paylaşımda deyilir.
Məlumata əsasən, hazırkı dövrədən ölkədə 10 meymunçiçəyinə yoluxma halı aşkarlanıb.
Orqanik.az