Alimlər insanın doğum tarixinin xəstəliklərlə əlaqəsini araşdırıb.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, amerikalı alimlər hesab edir ki, immunitetin zəif və ya güclü olması doğum tarixindən asılıdır. Araşdırmanın nəticələrinə görə, doğum tarixi xəstəliklərə tutulma riskinə ciddi təsir edir.
Doğum tarixinə əsaslanaraq gələcəkdə rastlaşa biləcəyiniz xəstəlik riskləri aşağıdakı kimidir:
Kolumbiya Universitetinin 1985-2013-cü il təvəllüdlülər arasında apardığı araşdırmalara görə, may ayında doğulan insanların xroniki xəstəliklərə yaxalanma riski daha çoxdur.
Mart və aprel aylarında doğulan insanlarda isə ürək və damar xəstəliklərinə tutulma riski yüksəkdir.
Oktyabr və Noyabr aylarında anadan olanlar tənəffüs və nevroloji xəstəliklərdə daha diqqətli olmalıdır.
İyul və Oktyabr ayında anadan olan adamlarda astma xəstəliyinə tutulma riski də olduqca çoxdur.
Orqanik.az