Dodağınıza çıxan uçuqlar fikirləşdiyiniz qədər yüngül bir şey deyil. O gələcəkdə sizin kar olmanıza səbəb ola bilər.
Eşitmənin zəifləməsinə və karlığa səbəb ola biləcək bir çox amillər var:
– təkrarlanan orta qulaq infeksiyaları
– genetik səbəblər
– qəfil yüksələn təzyiq
– qanda şəkərin uzun müddət yüksək olması
– fasiləsiz qulaqcıqlarla yüksək səsli musiqiyə qulaq asmaq.
Qulaq uzmanı Doktor Özləm Atmış herpes virusunun da qulaqda eşitmə hüceyrələrinə təsir etdiyini və eşitməni zəiflətdiyini söyləyir. Biz herpes virusunun dodaqlarımızda ara-sıra baş verən uçuqlamalara səbəb olduğunu bilirik. Amma onun orta qulağın eşitmə sinirlərinə mənfi təsir etdiyi barədə heç bir məlumatımız yoxdur.
Doktor Özləm Atmış karlığın diqanozunu dodaqlarda axtarmaq lazım olduğunu söyləyir. Onun sözlərinə görə dodaqlarda uçuqlama olduğu zaman herpes virusu orta qulaq toxumasına da yerləşir və orada aylarla və hətta illərlə aktivləşərək eşitmənin itirilməsinə səbəb ola bilir. Uzman həkim qrip virusları, qızılca, rubella və ya sifilis kimi mikrobların da karlığa səbəb ola biləcəyini qeyd edir. Həkim karlığın yavaş-yavaş əmələ gəlməsinin əlamətlərini belə sıralayır:
1. Yüksək səslə musiqiyə qulaq asmaq və ya televizora baxmaq. Həkim gün ərzində bir-neçə saat qulaqcıqla musiqi dinləməyin tədricən karlığa səbəb olacağını deyir.
2. Uşaq yaşlarından başlayan və vaxtaşırı kəskinləşən orta qulaq infeksiyaları.
3. Xroniki qulaq infeksiyaları.
4. Yaşlandıqca daxili qulaq və eşitmə sinirlərində baş verən dəyişikliklər.
5. Herpes virusu.
6. Müxtəlif travmalar.
Orqanik.az