Diş ətinin qanaması qaraciyər sirrozunun əlaməti ola bilər

Qaraciyərdə problemlər orqanizmdə fəsadlara səbəb olur. Sirroz yağlı qaraciyər xəstəliyinin ən ağır mərhələsidir.

Adətən orqanın uzun illər davam edən iltihabı nəticəsində baş verir. Onun vəziyyətində qaraciyər çapıqlı, qabarıq və qırışlı olur.

Çapıq toxuması zamanla daha çox sağlam orqan toxumasını əvəz edərək qaraciyərin düzgün işləməsinə mane olur. Nəhayət, o qədər geniş ola bilər ki, qaraciyər fəaliyyətini dayandırır və nəticədə qaraciyər çatışmazlığı baş verir.

Orqanik.az “Medicina”-ya istinadən xəbər verir ki, diş ətini qanaması da sirroz əlaməti ola bilər. İlkin mərhələdə bunu anlamaq çətin olur.

Böyük Britaniya Səhiyyə Xidmətinin məlumatına görə, qaraciyər sirrozunun əlamətləri diş ətinin qanaması və bədəndə izah olunmayan göyərmələr ola bilər, bədəndə yüngül toqquşmalardan çox böyük və tünd qançırlar da yarana bilər.

Siroz asan qanaxmaya səbəb olur və onun mümkün əlamətlərindən biri diş ətinin qanaxmasıdır. Bu da daha tez-tez burun qanaması və ya qançırlara gətirib çıxarır.

Ümumilikdə bu simptomlar qaraciyərdə sirrozun əlamətləri sayılır;

yorğunluq və zəiflik, iştahsızlıq, kilo itkisi, əzələ itkisi,
ürəkbulanma, qaraciyərdə narahatlıq və ya ağrı, bel səviyyəsindən yuxarı dəridə qırmızı kapilyarlar, dərinin qaşınması, dərinin və göz ağlarının saralması, saç tökülməsi, qızdırma, titrəmə, maye yığılması səbəbindən ayaqların, topuqların və ayaqların şişməsi, şişkinlik.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.