Dırnaqlarınızın tez uzanması və sınmaması üçün…

Aşağıdakı qarışımdan istifadə etməklə siz dırnaqlarınızın tez uzanmasına və sınmamasına nail ola bilərsiniz. Bu vasitə sizin dırnaqlarınızı möhkəmləndirəcək və dırnaqlarınız arzuladığınız kimi olacaq.
Lazım olanlar:
* qurudulmuş çobanyastığı çiçəyi – 1 xörək qaşığı
* qurudulmuş at pıtrağı – 1 xörək qaşığı
* qurudulmuş dazı otu (qoyunqıran) – 1 xörək qaşığı
* qurudulmuş bağayarpağı – 1 xörək qaşığı
* qaynar su – 1 litr
Bütün bitki quruları qaynar suya salınır və 1 saat dəmlənir. Dəmləndikdən sonra süzülür və bir-neçə damcı efir yağı damdırılır. Sonla əllər bu dəmləmədə 30 dəqiqə vanna edilir və su ilə yaxalanmadan qidalandırıcı krem sürtülür. Bu qayda ilə hazırlanan dəmləmədə əlləri həftədə 4 dəfə vanna eləmək dırnaqları möhkəmləndirir. İstəsəniz vannanı hər gün də təkrarlaya bilərsiniz. Oxuduqlarınıza əməl eləsəniz 2 həftədən sonra dırnaqlarınız möhkəmləndiyinin şahidi olacaqsınız.
Bu portalda yerləşdirilmiş bütü

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.